Rüşvət iddiaları ilə bağlı görüntüləri yayılan polis barədə açıqlama – CƏZALANDIRILDI


Xəbər verdiyimiz kimi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı videogörüntülər yayılmış və Baş Dövlət Yol Polisi İdarəsi məsələ ilə bağlı araşdırma başlatmışdı. 
Yeniavaz.com
xəbər verir ki, artıq araşdırma yekunlaşıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib və sözügedən görüntülər əsasında yol polisi əməkdaşının rüşvət aldığına dair iddiaların öz təsdiqini tapmadığını bildirib:
“Həmin polis əməkdaşının rüşvət alması faktı təsdiqini tapmayıb. Yol patrul xidmətinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirən zaman sürücü ilə lüzumsuz danışıqlara və yersiz hərəkətlərə yol verdiyinə görə intizam qaydası ilə cəzalandırılıb”.

DİGƏR XƏBƏRLƏR

Top