Rusiyadan aldığımız yeni qatarlar geri qaytarılıb? – RƏSMİ CAVAB


Yeni qatarların vandalizmə məruz qalaraq geri qaytarılması ilə bağlı sosial platformalarda yayılmış məlumatlara aydınlıq gətirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yazıb.
O bildirib ki, vaqon iki hissədən ibarət olmaqla Bakıya yola salınıb: "Bundan əvvəl Bakı metrosunun nümayəndələri vaqonların “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal olunmasını təftiş ediblər. Heç bir problem olmayıb və qatarlar səfərə hazırlanıb. Srağagün birinci, dünən ikinci hissə yola salınıb. Hazırda qatarlar yoldadır və hər hansısa problem yoxdur.
Ümumiyyətlə, qatarların yol boyu saz-sağlam və xətərsiz-problemsiz daşınmasının məsuliyyəti istehsalçı müəssisənin üzərinə düşür.
Ümumən qatarlar Bakıya çatdıqda və “Nərimanov” elektrik deposuna daxil olduqda ictimaiyyətə əlavə məlumat veriləcək. Bu həmişə belə olub və bu dəfə də belə olacaq. Bu dəqiqə aldığım məlumatda müşayiət edənlər qatarların yolda olduğunu və hər iki qatar partiyasında yollarda problem olmadığını deyirlər".
Qeyd edək ki, yayılan ilkin məlumata görə, Rusiya ərazisində olarkən üzərinə qraffiti çəkildiyi üçün vaqonlar geri qaytarılıb.
Bəsti Məmməd

DİGƏR XƏBƏRLƏR

Top