Bu gün dənizdə 7 nəfər xilas edilib


Bu gün Xəzərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Nardaran”, “Zağulba 3”, “Bilgəh”, “Lökbatan” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

DİGƏR XƏBƏRLƏR

Top