Azərbaycanlı futbol hakimləri peyvənd olundu


AFFA-nın bir qrup əməkdaşı və Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan bir qrup hakim COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesində iştirak edib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər assosiasiyanın təşkilatçılığı ilə bu gün könüllülük prinsipi əsasında peyvənd olunub.
Qeyd olunan kateqoriyadan olan şəxslərə müvafiq vaksinin birinci dozası vurulub.

DİGƏR XƏBƏRLƏR

Top