Qanunsuz verilən 2400 hektardan çox torpaq sahəsi geri qaytarılıb - Nazirlik


Birinci yarımildə Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə 13 mindən artıq işə baxılıb, 348 minə yaxın tədqiqat obyekti üzrə müvafiq rəylər verilib.
Yeniavaz.com
-un məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, nazirlik tərəfindən bələdiyyə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair tədbirlər görülüb, 2021-ci ildə 38 minədək bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 1 225 akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 2 400 hektardan çox torpaq sahəsi geri qaytarılıb.

DİGƏR XƏBƏRLƏR

Top