Avropa İttifaqı Azərbaycandan səyahətlərə icazə verdi


Avropa İttifaqı (Aİ) Azərbaycan da daxil olmaqla 11 ölkədən səyahətlərə icazə verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə quruma üzv ölkələrin səfirlərinin bu gün keçirilən toplantısında qərar verilib.
Yeni qərarla Azərbaycan, Kanada, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kosovo, Moldova, Monteneqro, Qətər və Səudiyyə Ərəbistanından səyahətlərə icazə verilib.
Xatırladaq ki, ötən il Aİ koronavirus pandemiyasına görə təşkilat xaricindəki ölkələrdən qeyri-vacib səyahətləri dayandırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top