Tovuzda qəza: Ölən və yaralanan var


Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Alakol kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Ford” markalı sərnişin avtobusu ilə "VAZ-2107" markalı minik maşını toqquşub.
Qəza zamanı 51 yaşlı Məmmədov Namiq Balakişi oğlu, 88 yaşlı Mirzəyev Təhmuraz Tofiq Oğlu və 31 yaşlı Məmmədli Məhəmməd Aslan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq, 51 yaşlı Namiq Məmmədov xəstəxanada ölüb.

DİGƏR XƏBƏRLƏR

Top