
BMT baş katibi Antonio Quterreş İrana sanksiyalarla bağlı ABŞ prezidenti Co Baydenə çağırış edib.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, Quterreş ABŞ prezidenti Co Baydendən İrana qarşı bütün sanksiyaları ləğv etməsini xahiş edib.
Qeyd edək ki, Co Bayden ABŞ prezidenti seçildikdən sonra İrana qarşı sanksiyaların ləğv məsələsi gündəmə gəlib. Aparılan danışıqlardan sonra bir çox sanksiyalar ləğv edilib.