
Rusiya prezidenti Vladimir Putin tərəflərin heç birinin Qarabağdakı böhranın daha da artmasında maraqlı olmadığını bildirib.
Yeniavaz.com "TASS"a istinadla xəbər verir ki, Putin bu barədə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Rusiya bölgədə böhranın həllində xüsusi rol oynayıb: "Nə Azərbaycan nə Ermənistan heç kim Qarabağda böhranın inkişafında maraqlı deyil. Əgər biz dinc, mehriban bir şəkildə yaşayırıqsa, o zaman insanların həyatını yaxşılaşdırmaq üçün də şərait qurmalıyıq. Ailələr normal şəkildə yaşamalıdır. Müharibənin yenidən başlayacağını düşünərək həyəcan içində yaşamaq mümkün deyil. Həm Azərbaycan, həm də Ermənistan bunu başa düşür".