
Rusiya prezidenti Vladimir Putin sərhəd sularına daxil olan İngiltərə gəmisi barədə danışıb.
Yeniavaz.com "TASS"a istinadla xəbər verir ki, Putin həmin hadisə ilə bağlı lazımi məlumatların təqdim edildiyini bildirib: "Mürəkkəb bir təxribatdır. Gəmi ərazi sularımıza daxil olmadan əvvəl kəşfiyyat təyyarəsi bölgədə uçub. Lazım olan bütün məlumatlar əlimizdə var".
Putin İngiltərə gəmisinin batırılacağı təqdirdə 3-cü Dünya müharibəsinin başlaya biləcəyi barədə deyilən sözlərə də münasibət bildirib. O, belə bir ehtimalın olmadığını dilə gətirib.