Azərbaycan pilotları hədəflərin məhv edilməsi tapşırıqlarını icra edib


Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv edib və havada üstünlüyü təmin etməklə onun yerüstü hədəflərinə aviazərbələrin endirilməsi üzrə tapşırıqları uğurla icra ediblər.

DİGƏR XƏBƏRLƏR

Top