Almaniya hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması tamamlandı


Almaniya öz hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasının tamamlandığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer öz tviter hesabında məlumat yayıb. Açıqlamada deyilir ki, Almaniyanın bu ölkədə fəaliyyət göstərən son hərbi qüvvələri 20 il  sonra NATO-nun tərkibində həyata keçirdikləri vəzifələrini uğurla başa vuraraq, geri qayıdıb.
Qeyd edək ki, Almaniyanın hərbi qüvvələri bu ölkəyə  11 sentyabr 2001-ci ildə ABŞ-ın Nyu-York şəhərində dünya Ticarət Mərkəzində baş verən terror aktından sonra göndərilib. Məqsəd terrorizmə qarşı birgə mübarizə aparmaq olub.

DİGƏR XƏBƏRLƏR

Top