Qara dənizdə Niderland ilə Rusiya arasında gərginlik VİDEO


Niderlandın “Evertsen” hərbi gəmisinin Qara dənizdə Rusiyanın ərazi sularına daxil olmasının qarşısı alınıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Açıqlamada deyilir ki, sözügedən gəminin Rusiya ərazi sularının pozulmasının qarşısının alınması məqsədilə “Su-30” və “Su-24” qırıcıları havaya qalxıb. Rus qırıcılarının uçuşundan sonra Niderland hərbi gəmisi rotasını dəyişdirərək, əvvəlki istiqamətinə qayıdıb.
Qeyd edək ki, məsələ ilə bağlı Niderland Müdafiə Nazirliyi də məlumat yaymışdı. Yayılan açıqlamada 24 iyunda rus hərbi təyyarlərinin onların Qara dənizdə üzən “Evertsen” gəmisinə hücum etməsi, eləcə də 5 saat ərzində rabitə sistemlərini kilidlədiyi ilə bağlı məlumat verilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top