Bir yoluxma belə qeydə alınmayıb ancaq, koronavirus "böyük böhran"a səbəb olub


Şimali Koreya lideri Kim Çen In pandemiya ilə mübarizədə uğursuzluq göstərdikləri iddiası ilə bir çox dövlət rəsmisini cəzalandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “reuters” məlumat yayıb. Bildirilib ki, Kim Çen In yüksək vəzifəli dövlət  rəsmilərini "böyük böhran" a səbəb olan, ölkənin və insanların təhlükəsizliyini riskə atan epidemiyaya qarşı işlərdə uğursuzluqlara görə cəzalandırıb. Şimali Koreya prezidentinin liderliyi ilə keçirilən iclasda dövlət rəsmilərinin öz işlərinə laqeyd yanaşdığı xatırladılıb. Bunun da pandemiya ilə mübarizədə mənfi nəticələrə səbəb olduğu deyilib.
Qeyd edək ki, rəsmi açıqlamalara görə bu günə qədər Şimali Koreyada koronavirusa heç bir yoluxma və ölüm halı qeydə alınmayıb.


 

DİGƏR XƏBƏRLƏR

Top