Ekologiya və təbii sərvətlər naziri beynəlxalq ictimaiyyətə çağırış edib


"Azərbaycan çaylarının Ermənistan tərəfindən çirkləndirilməsi davam edir. Transsərhəd çaylarının Ermənistan tərəfindən çirkləndirilməsinə son qoyulmalıdır".

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.

“Dünya ictimaiyyətinin diqqəti buna yönəldilməlidir. Bu ərazilərdə yaşıl enerji zonasının yaradılması regionun unikal təbiətinin qorunmasına səbəb olacaq”, - nazir vurğulayıb. //Report

DİGƏR XƏBƏRLƏR

Top