Yaponiya MN: "Rusiyanın Kuril adalarındakı hərbi fəaliyyətindən narahatıq"


Yaponiya müdafiə naziri Nobuo Kişi Rusiyanın Kuril adalarındakı hərbi təlimlərindən narahat olduqlarını dilə gətirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Nazir bildirib ki, bölgədə Rusiyanın hərbi təlimləri davam edir, Yaponiya hər cür təhlükəyə qarşı müdafiə sahəsini gücləndirməlidir. 
Yaponiya Müdafiə Nazirliyindən verilən başqa bir məlumatda isə bildirilir ötən il yapon qırıcıları sərhədi pozmağa cəhd edən xarici hərbi təyyarələrə xəbərdarlıq üçün 725 dəfə havaya qalxıb. 2021-ci ildə isə bu rəqəm hələlik 222-dir. 

DİGƏR XƏBƏRLƏR

Top