Mingəçevirdə ana və iki azyaşlı övladı dəm qazından zəhərləndi


Mingəçevirdə dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

Yeniavaz.com xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsi, 41 ünvanında baş verib.
Ana və iki azyaşlı övladı yaşadığı mənzildə dəm qazından zəhərlənərək halsız duruma düşüb. 1987-ci il təvəllüdlü ana - Yusifova Vəsilə Suvar qızı, 2013-cü il təvəllüdlü Nərmin Elçin qızı Yusifli və 10-12 yaşlı daha bir qız övladı təcili xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəstələrə ilkin yardım göstərilib və bir müddət həkim nəzarətində saxlanıldıqdan sonra vəziyyətləri kafi qiymətləndirilərək evə buraxılb.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top