"Rusiya helikopterinin vurulması ilə bağlı sübutlar toplanıb, istintaq davam edir"


"Azərbaycan Vətən müharibəsi zamanı Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması işi ilə bağlı sübutları toplayıb və ekspertiza aparıb".

Yeniavaz.com xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib. Mətbuat xidmətinin rəhbəri bildirib ki, hadisə ilə bağlı istintaq davam edir:

"9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus MI-24 hərbi helikopterinin vurulması ilə əlaqədar Baş Prokurorluq təcili yoxlamadan sonra cinayət işi açıb. Müvafiq ekspertizalar həyata keçirilib və maddi sübutlar toplanıb, habelə digər zəruri prosessual hərəkətlər icra olunub".

Səlimzadə onu da vurğulayıb ki, Azərbaycan Baş Prokurorluğu Rusiya helikopterinin vurulması ilə bağlı qanuni qərar qəbul edilməsini təmin edəcək: "Hazırda istintaq davam edir və ekspertizaların nəticələrinə uyğun olaraq qanuni qərar qəbul ediləcək".

DİGƏR XƏBƏRLƏR

Top