
Türkiyə koronavirusun yenidən yayılması səbəbilə altı ölkəyə olan uçuşları müvəqqəti dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib. Həmin ölkələr, Banqladeş, Braziliya, Nepal, Hindistan, Şri Lanka və Cənubi Afrikadır. Qərar iyulun 1-dən qüvvəyə minəcək.