Koronavirusun "Delta" ştammı artıq İran və Gürcüstanda da yayılmağa başladı


İranda 10-dan çox, Gürcüstanda isə 27 nəfərdə yeni növ koronavirusun "Delta" variantı aşkar edilib.

Yeniavaz.com "AA"ya istinadla xəbər verir ki, İranda "Delta" ştammına yoluxmalarla bağlı Məşhəd Sağlamlıq Elmləri Universitetinin prorektoru Mehdi Kelyan məlumat verib. O bildirib ki, Məşhəddə COVID-19-un "Delta" variantına 10 nəfərdən çox insan yoluxub. Həmin şəxslərin testləri isə dəqiqləşdirilməsi üçün Tehrana göndərilib.
“Pravda”nın xəbərinə görə, "Delta" ştammının yayılmağa başladığı başqa bir ölkə Gürcüstandır. Gürcüstan Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin sözlərinə görə, dünyanın 85 ölkəsində qeydə alınan “Delta” variantı ölkədə 27 nəfərdə təsdiqlənib.

DİGƏR XƏBƏRLƏR

Top