Sığorta bazarının 60%-i bu şirkətin əlində cəmlənib


Bu ilin yanvar-may ayları ərzində ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən yığılan 398 milyon manat məbləğində sığorta haqqının yarıdan çoxunu - 59,2%-i "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətləri toplayıb. 
Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 235 milyon 451 min manat olub.
Digər 20 şirkət arasında ən çox sığorta haqqı toplayan şirkətlərin ilk 4-lüyünü 42,18 milyon manatlıq yığımla Dövlət Sığorta Kommersiya Şirkəti, 20,92 milyon manatlıq yığımla "Qala Sığorta" və 19,65 milyon manatlıq yığımla "Atəşgah Həyat” şirkətləri tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 80%-i adları qeyd olunan 4 şirkətin əlində cəmlənib. Bu ilin ilk 5 ayında 4 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 318,2 milyon manat olub.
Ən az sığorta haqqı toplayan şirkətlər isə 212 min manatlıq yığımla "Meqa Həyat Sığorta”, 817 min manatlıq yığımla "Naxçıvansığorta", 1 milyon 416 min manatlıq yığımla "Aqrar Sığorta" şirkətləri olub.
Sığorta şirkətlərinin son 2 ilin yanvar-may aylarındakı yığım və ödənişlərini təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top