Ukraynanın NATO təlimi iştirakçılarına verdiyi yemək gündəm oldu


Ukraynanın "NATO Sea Breeze 2021" təlimi iştirakçılarına verdiyi yemək müzakirələtə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə təlimdə iştirak edən ingiltərəli paraşütçü öz "Instagram" hesabında yazıb. O, NATO hərbçilərinə verilən yeməkdən narazı olduğunu dilə gətirib: "NATO təlimlərinə xoş gəlmisiniz. Bu, standart NATO yeməyimizdir. Burada ləzzətli bir içki var. Boş qarabaşaq yarması, kolbasa, dilimlənmiş xiyar və iki dilim pomidor... Yeməkdən zövq alın!"
Qeyd edək ki, Qara dənizdə 30 ölkənin iştirak etdiyi NATO təlimləri başlayıb. "NATO Sea Breeze 2021" adlı təlimlər iyulun 10-na qədər davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top