
İsraildə son istifadə tarixi yaxınlaşan 800 min COVID-19 peyvəndinin məhv edilə biləcəyi vurğulanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi xəbər yayıb. Verilən məlumata görə, son istifadə tarixi yaxınlaşan peyvəndləri başqa ölkələr almasa məhv ediləcək.
Həmin peyvəndlərin hansı şirkətə aid olduğu bilinmir ancaq, İsrailin “Biontech-Pfizer” vaksini aldığı məlumdur.