Ağızda əriyən nazik peyvənd lentlərinin heyvanlar üzərində ilk sınağı aparıldı


Kanadanın Hamilton şəhərində yerləşən "McMaster" universitetindən olan bir qrup elm adamı koronavirus əleyhinə ağızda əriyən peyvənd və dərmanlar əldə etmək üçün yeni bir araşdırma aparıb. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən peyvənd və dərmanlar nazik lent formasındadır və onlar artıq heyvanlar üzərində sınaqdan keçirilib. "McMaster" universitetinin Kimya və Biologiya müəllimi Aleks Adronovun rəhbərlik etdiyi elmi qrup ağızda əriyən nazik peyvənd lentləri Kanadanın bir biotexnologiya şirkəti ilə birgə hazırlayıb.
Adronov lentlərlə bağlı açıqlamasında bildirib ki, bir çox insan iynə vurdurmağı xoşlamadığı üçün belə bir araşdırma həyata keçiriblər. Araşdırmanın ilkin mərhələsində olduqlarını bildirən alim bu modelin zülala qarşı antikorlar inkişaf etdirə bilməsi ilə bağlı müsbət nəticələr əldə edildiyini, birinci mərhələnin tamamlandığını və ikinci mərhələyə keçdiklərini qeyd edib. Bu mərhələ də heyvanlar üzərində sınaqdan keçiriləcək.
Kanadanın biotexnelogiya şirkətinin rəhbəri Mark Apsdell nazik peyvənd lentlərlə bağlı açıqlama verib. Onun sözlərinə görə, onların komandası zülalları 40 dərəcədə stabilləşdirə bilib. Bu isə o deməkdir ki, peyvəndlərə görə isti zonada yaşayan 60 faizdən çox dünya ölkəsinin əhalisi də nəzərə alınıb. Nazik peyvənd lentlər soyuq vakkuma ehtiyac olmadan rahat şəkildə isti ölkələrə daşına biləcəklər. Hətta lentlərin bir zərf vasitəsilə belə göndərilməsi mümkündür.
Qeyd edək ki, Kanada Milli Tədqiqat Şurası və Kanada Təbii Elmlər və Mühəndislik Tədqiqatlar Şurasının işi tamamlandıqdan sonra lentlərin satışı həyata keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top