Kim Çen Inın son görüntüləri müzakirələrə səbəb oldu


Şimali Koreya prezidenti Kim Çen Inın son görüntüləri səs-küyə səbəb olub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Kim Çen Inın son görüntülərində çəkisinin azalması diqqət çəkib. Bəzi iddialara görə, Şimali Koreya liderinin səhhətində ciddi problemlər var.  
Xəbərdə qeyd olunur ki, mütəxəssislər onun səhhəti haqqında danışmaqdan çəkinirlər. Bəzi mütəxəssislər isə belə hesab edirlər ki, onun bu görüntüsü koronavirus səbəbindən iqtisadi narahatlıq yaşayan ölkənin sakinlərinə “kəmər sıxma” mesajını ötürmək məqsədi daşıyır.
Qeyd edək ki, ötən il Şimali Koreya liderinin səhhətinin qaydasında olmadığı və öldüyü xəbəri yayılmışdı. Həmçinin Kimin səhhəti ilə bağlı Çinli bir həkimin Koreyaya getdiyi və 2020-ci ilin 12 aprelində onun ürək-damar əməliyyatı keçirdiyi bildirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top