
Avstraliya polisi ölkənin baş nazirinin müavini Barnabi Coysu ictimai yerlərdə maska taxmadığı üçün cərimələyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABC televiziyası məlumat verib. Belə ki, bir nəfər polisə şikayət edərək Barnabi Coysun yanacaqdoldurma məntəqəsinə maskasız gəldiyini deyib. Bundan sonra polis hərəkətə keçib və Avstraliya baş nazirinin müavinini 200 Avstraliya dolları (256 manat) məbləğində cərimələyib.
Tətbiqimizi yükləyə bilərsiniz