
“Xəzər dənizinin insanların üzünə açıq qalan sonuncu çimərliklərindən birini də - Bilgəh Kardioloji Sanatoriyanın çimərliyini də bağlayırlar”.
Yeniavaz.com xəbər verir ki, bu iddianı vəkil Aslan İsmayılov səsləndirib. O sözügedən çimərlikdən görüntüləri də paylaşıb:
Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Əsədov Yeniavaz.com-a açıqlmasında iddianın əsassız olduğunu deyib və çimərliyin bağlanmadığını bildirib.