Yüksək vəzifəyə təyin olunan Aytən Rüstəmova Bakıda bu universitetlərdə təhsil alıb


Xəbər verdiyimiz kimi, azərbaycanlı xanım Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə yeni regional meneceri təyin edilib. 2001-ci ildə EBRD-nin Bakıdakı nümayəndəliyində işə başlayan A.Rüstəmova 2017-ci ildə adıçəkilən bankın Türkmənistan üzrə ölkə meneceri olub.
Yeniavaz.com
bankın rəsmi səhifəsinə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan A. Rüstəmova Azərbaycan Dillər Universitetində xarici dillər üzrə magistr dərəcəsi, Beynəlxalq Biznes ixtisası üzrə Xəzər Universitetində (Azərbaycan) və “Georgia State University”də MBA (master of business administration – iqtisadiyyat və menecment sahəsində magistr dərəcəsi) təhsili alıb. 
O, Tacikistanın AYİB rəhbəri vəzifəsinə başlamazdan əvvəl Bankın Bakı ofisində müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, A.Rüstəmova vəzifəsini icra edib EBRD-nin Londonda yerləşən mərkəzi ofisinə qayıdan Neyl Makkeyni (Neil McKain) əvəz edib.

DİGƏR XƏBƏRLƏR

Top