Ağdaşda minik və yük avtomobilləri toqquşdu, 3 nəfər öldü – FOTO


Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ağdaşın Ləki qəsəbəsi ərazisindən keçən hissəsində "Mercedes" markalı minik və "MAN" markalı yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
Ağdaş təcili tibbi yardım stansiyasından verilən məlumata görə, ölən şəxslərdən 1986-cı il təvəllüdlü Niftalıyev Tofiq Məhəmməd oğlunun və yaralılardan 1977-ci il təvəllüdlü Həlləyev Şamil Əli oğlunun adı məlumdur. Ölən şəxslərdən daha iki nəfər 113 təcili yardım xidmətinin avtomobili ilə Yevlax morquna aparılıb, şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


***08:10

Bakı-Qazax avtomagistralında ağır yol qəzası baş verib.

Hadisə magistralın Yevlax-Ləki nahiyəsində baş verib. Baş vermiş ağır yol nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Hazırda hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları və həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır. //APA

DİGƏR XƏBƏRLƏR

Top