Nazir: ““Netflix”lə əməkdaşlığımız başlayıb”


“Azərbaycanda kino çəkilişi üçün hər cür şərait var”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Azərbaycan Film Komissiyasının yaradılması münasibətilə keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, yaxşı kinoların çəkilərək dünyada nümayiş olunması Azərbaycanın turizm potensialına öz müsbət təsirini göstərəcək.
“Artıq bizim “Netflix” platforması ilə əməkdaşlığımız başlayıb. İnanırıq ki, bu əməkdaşlıq dünyaya Azərbaycanın potensialını nümayiş etdirmək üçün bir vasitə olacaq”, - deyə A. Kərimov vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top