Somalidə "Əş-Şəbab" terror qruplaşmasının hücumları nəticəsində 20 mülki şəxs dünyasını dəyişib.
Yeniavaz.com "AA"ya istinadla xəbər verir ki, bu barədə Qalmuduq bölgəsinin polis rəisinin müavini məlumat verib. O bildirib ki, terror qruplaşmasının hücumları nəticəsində 20 mülki şəxs dünyasını dəyişib.
"Əş-şəbab" terror qruplaşması isə 34 döyüşçüsünün öldüyünü açıqlayıb.
Qeyd edək ki, "Əş-şəbab" tez-tez Somalidə təhlükəsizlik qüvvələrini və mülki yaşayış məntəqələrini hədəf alan hücumlar təşkil edir.