
Əfqanıstanın paytaxtı Kabildə motosikletdən istifadə müvəqqəti olaraq qadağan edilib.
Yeniavaz.com "AA"ya istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen məlumat verib. O bildirib ki, Kabil və onun bölgələrində motosiklet sürmək müvəqqəti olaraq qadağan edilib.
Bu qadağanın hansı səbəblə qoyulduğu hələ bilinməsə də, təhlükəsizlik məqsədilə edildiyi iddia olunur.
Tətbiqimizi yükləyə bilərsiniz