Şəhid Niyamin Niftalızadənin adı əbədiləşdirildi – VİDEO


Vətən müharibəsi şəhidi Niyamin Niftalızadənin xatirəsi yaşadığı binanın önündə əbədiləşdirilib.
Bu barədə Yeniavaz.com-a şəhidin bacısı Nərmin Əhmədli məlumat verib.
O şəhid qardaşının adına olan abidə kompleksinin açılışında iştirak edən hər kəsə təşəkkür edib.
Şəhid Niyaminin anası Zəminə Məhhərəmova oğlunun ən böyük arzusunun 3 rəngli ay-ulduzlu bayrağı dalğalandırmaq olduğunu bildirib və abidə kompleksinin ərsəyə gəlməsində əziyyəti keçənlərə minnətdarlığını ifadə edib.
Açılışda şəhidin döyüş yoldaşları, rayon rəsmiləri iştirak edib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dönəmində cəbhəyə könüllü gedənlərdən biri də Niyamin  Niftalızadə olub
Döyüş yoldaşları onun Cəbrayıl istiqamətində gedən döyüşlərdə 2 tankı vurduğunu və taboru xilas etdiyini bildiriblər.
Niftalızadə Niyamin Xaliq oğlu oktyabrın 7-də şəhid olub. Cənazəsi oktyabrın 8-i ailəsinə təhvil verilib, ayın 9-u isə dəfn olunub.
Allah rəhmət eləsin!

İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top