İŞİD İraqda polisə hücum etdi – ölən və yaralananlar var


İŞİD terror təşkilatı İraqın Kərkük şəhərində polis mərkəzinə hücum edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hücum vaxtı 1 polis öldürülüb, 2-si yaralanıb.
Xəbərdə bildirilir ki, hazırda İŞİD mənsubları daha çox 4-7 nəfərlik qruplar şəklində təhlükəsizlik qüvvələrinə hücum etdikdən sonra kəndlərdə gizlənirlər.
Qeyd edək ki, Kərkükün cənubunda terrorçulara qarşı geniş əməliyyata başladılıb. Əməliyyatlarda İraq ordusu da iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top