Parlament etimad göstərmədi, İsveçin baş naziri istefa verdi


İsveçin baş naziri Stefan Loven istefa etdiyini açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Stefan Loven bunu keçirdiyi mətbuat konfransında deyib: "Spikerdən məni baş nazir vəzifəsindən azad etməsini xahiş etdim. Yeni hökumətin qurulması ilə bağlı işlərə başlanılacaq”.
Qeyd edək ki, İsveç parlamentində 349 millət vəkilindən 181-i baş nazirə etimad göstərmədiyini açıqlamışdı. Bu səbəblə baş nazir ya istefa verməli ya da növbədənkənar seçkilərə getməli idi. 

DİGƏR XƏBƏRLƏR

Top