Qəbələ avtovağzalında su gəlmir – VİDEO


Qəbələ şəhəri ölkəmizdə turizm zonası olaraq seçilən məkanlardan biridir. Pandemiya şəraitinin getdikcə səngiməsi ilə birgə yerli və xarici turistlərin bölgələrə, o cümlədən Qəbələ şəhərinə də üz tutduqlarını görürük.
Nəzərə alsaq ki, bu və ya digər istirahət məkanından əvvəl əksər insanlar avtovağzalı görür, avtovağzalda olurlar. Bu mənada hər hansı şəhərin avtovağzalını o şəhərin güzgüsü hesab etmək olar. Bu günlərdə Qəbələ şəhər avtovağzalının həyətində və avtovağzal binasının içərisində yerləşən ayaqyollarının heç birində suyun gəlməməsi vətəndaşların şikayətinə və haqlı narazılığa səbəb olub.
Bu haqda redaksiyamıza göndərilən videonu təqdim edirik:

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top