![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/6/28/1/b8d8d3a8-3d21-4888-a546-29b213742eab/agilli-kend.jpg)
“2 gün əvvəl ölkənin bölgələrində məişət tullantılarının emal infrastrukturunun olmadığını, bütün tullantıların açıq məkanlara atıldığını və ciddi ekoloji problemlər yaratdığını yazmışdım. Unutduğum vacib bir məqamı yazım: ümid edirəm ən azıdan "ağıllı kənd" və "ağıllı şəhər"lərin salınacağı deyilən yenidən qurulan ərazilərimizdə tullantılar açıq havaya atılmayacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev bildirib.
“Ən azından Ağdam və Zəngilanda ətraf rayonların da tələbatını ödəyəcək 2 emal müəsissisə qurmaq mümkündür. Makisimum 400-500 milyon dollar sərmayə ilə bu problemi həll etmək mümkündür.
Emal nəticəsində əldə olunan məhsullar (elektrik enerjisi, gübrə) qısa müddətdə sərmayənin geridönümünü də təmin edəcək”, - ekspert qeyd edib.
Bəsti Məmməd