Daşkəsəndə qonşular arasında mübahisə olub, xəsarət alan var


Daşkəsən rayonunda 2 qonşu arasında mübahisə yaşanıb, xəsarət alan var.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə rayonun Çanaqçı kəndində qeydə alınıb. Kənd sakini, 1981-ci il təvəllüdlü Səadət Qasımova ilə qonşusu olan yaşlı qadınla şəxsi münasibətlər zəminində mübahisə yaşanıb.

Bu zaman S.Qasımova daşla qonşusunun evinin pəncərələrini sındırıb.

Onun hadisə yerinə gələn yaşlı qadının oğlu, Tahir Qurbanovla da mübahisəsi yarandığı bildirilir.

S.Qasımova xəsarət alaraq xəstəxanaya müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top