Prokurorluq Salyandakı qətllə bağlı məlumat yaydı – YENİLƏNİB


Bu gün saat 10 radələrində 1982-ci il təvəllüdlü Nuranə Əliyevanın Salyan rayonu Yenikənd kəndi ərazisində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Salyan Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir.

Bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1972-ci il təvəllüdlü Ənvər İsbəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuranə Əliyevaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ənvər İsbəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

***11:50
Salyan rayonunda qətl hadisəsi baş verib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişə zəminində kənd sakini, 1972-ci il təvəllüdlü İsgəndərov Ənvər Həbibulla oğlu həyat yoldaşı, 1982-ci il təvəllüdlü İsgəndərova Nuranə Eminəli qızını bıçaqla vuraraq qətlə yetirib.

İlkin məlumata görə, hadisəni törədəndən sonra Ə.İsgəndərov könüllü olaraq özünü polisə təslim edib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top