Şəhid Elməddin Həsrətov dəfn edilib – FOTO – YENİLƏNİB


Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, mərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti iştirak edib.

E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb. Şəhid dəfn edildikdən sonra tabutuna bükülmüş Azərbaycan bayrağı atasına verilib.

Dəfndən sonra havaya yaylım atəşi açılıb.


***09:45

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Həsrətov Elməddin Sərdar oğlunun nəşi artıq ailəsinin yaşadığı ünvana gətirilib, onunla vida mərasimi keçirilir.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edir.

Şəhid vida mərasimindən sonra Qarasuçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Həsrətov 1997-ci il may ayının 21-də Goranboyun Qarasuçu kəndində dünyaya gəlib.

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olub. O, ötən ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

E.Həsrətov Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş hərbçilərdən idi.

Allah rəhmət etsin!

DİGƏR XƏBƏRLƏR

Top