Kolumbiya prezidentinin helikopterinə hücum edildi


Kolumbiya prezidenti İvan Dukenin olduğu helikopter Venesuela sərhədi yaxınlığında atəşə tutulub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin sözçüsü məlumat verib. Sözçü açıqlamsında bildirib ki, Duke bu hərəkəti qorxaqlıq kimi qiymətləndirərək, hadisəni qınayıb. O, həmçinin prezidentin heç bir terror aktından qormadığını da dilə gətirib. 
Qeyd edək ki, hücum vaxtı xəsarət alan olmayıb. Hücum edən şəxsin kimliyi müəyyənləşdirilir. Hadisə vaxtı herlikopterdə Kolumbiya prezidenti İvan Duke ilə birlikdə müdafiə naziri Dieqo Molano, daxili işlər naziri Daniel Palasios və əyalət qubernatoru da olub.
 
 

DİGƏR XƏBƏRLƏR

Top