
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan-Türkiyə-Gürcüstan arasında üçtərəfli müzakirələr aparıldığını bildirib.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri parlamentdə məlumat verib:
“Türkiyə prezidenti Ərdoğanın təşəbbüsü ilə bu il Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi nəzərdə tutulur. 2 ölkə arasında mövcud olan strateji əməkdaşlığın bütün məsələlərini nəzərdən keçirəcəyik ”.