Rusiya ilə silahlı insidentə səbəb olan gəmidən xəbər var


İngiltərənin Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Defender” hərbi gəmisi Gürcüstanın Batumi limanına çatıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi gəminin Gürcüstana səfərinin məqsədi İngiltərə ilə Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahələrində əlaqələri nümayiş etdirməkdir.
Bəhs edilən gəminin Gürcüstanın da olacağı Qara dənizdə baş tutacaq təlimlərdə iştirak edəcəyi bildirilib.
Xatırladaq ki, bir neçə gün əvvəl İngiltərəyə aid gəmi Rusiya sərhədini keçərək üç kilometr məsafədə ərazi sularına daxil olub. Rusiya hərbçiləri sərhədin pozulması barədə xəbərdarlıq etsə də qarşı tərəfdən heç bir reaksiya verilməyib. Bu səbəblə Rusiyanın sərhəd patrul gəmisi xəbərdarlıq atəşi açıb. Daha sonra "Su-24M" qırıcı təyyarəsi havaya qalxaraq gəmi istiqamətində atəş açaraq sərt şəkildə xəbərdarlıq edib.
 

DİGƏR XƏBƏRLƏR

Top