Floydun qatilinə hökm oxundu – insanlar küçələrə axın etdi


ABŞ-da qaradərili Corc Floydun ölümündə günahkar bilinən keçmiş polis əməkdaşı Derek Şovinə 22,5 il müddətinə azadlıqdan məhrumedilmə cəzası verilib.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, onlarla aktivist məhkəmənin bu qərarından sonra Derekin məhkum edildiyi məhkəmə binasından Minepolisin mərkəzinə doğru axın edib.
Yürüş dinc şəkildə davam etdirilib. Onlar yürüş vaxtı irqi ayrı-seçkiliyə və polis zorakılığına son qoyulmasını tələb ediblər.
Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib. Polis əməkdaşı Derek Şovin Corc Floydu saxlayarkən dizi ilə onun boğazına təzyiqlə basdığı üçün saxlanılan şəxs nəfəs çatışmazlığından dünyasını dəyişmişdi.


 

DİGƏR XƏBƏRLƏR

Top