Nigeriyada vəbadan ölənlərin sayı 300-ə çatdı


Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada vəba xəstəliyindən ölənlərin sayı 296-ya yüksəlib.
Yeniavaz.com
 "AA"ya istinadla xəbər verir ki, bu barədə Abuca Səhiyyə və İnsan xidmətləri katibi Mohammed Kavu məlumat verib.
O bildirib ki, son günlər ərzində 91 nəfər vəba xəstəliyinə yoluxub, 7 nəfər isə dünyasını dəyişib.
Verilən məlumata görə, Nigeriyada yanvar ayından bu günə kimi 11 min nəfər vəbaya yoluxub, 296 nəfər isə ölüb.
Qeyd edək ki,vəba kəskin ishala və orqanizmin susuzlaşmasına səbəb olan, müalicə edilmədikdə isə ölümlə nəticələnən xəstəliklərdən biridir.

DİGƏR XƏBƏRLƏR

Top