Kanadada daha bir kütləvi məzarlıq tapıldı


Kanadanın Saskaçevan əyalətində internat məktəbinin həyətində 751 adsız məzar tapılıb.
Yeniavaz.com
"CNN Türk"ə istinadla xəbər verir ki, məzarlığın olduğu bölgənin rəsmisi Kadmus Delorm mövzü barədə mətbuat konfransında danışıb.
O bildirib ki, 1898-ci ildə qapılarını əhaliyə açan məktəb 1996-cı ildə bağlanıb: "Məktəb barədə 2 iyunda başladılan araşdırma nəticəsində 751 məzara rast gəlinib. Lakin bura kütləvi məzarlıq deyil, sadəcə adsız məzarlardır"
Delorm həmçinin qeyd edib ki, tapılan cəsəd qalıntıları yalnız uşaqlara aid olmaya bilər: "Hamısının uşaq olduğunu deyə bilmərik. Bu qəbiristanlıqda böyüklərin olduğu da iddia edilir. Qəbristanlığa nəzarət edən Roma Katolik Kilsəsi idi. Onların bəziləri burada dəfn oluna bilər”.
Qeyd edək ki, may ayında Kanadada yerləşən başqa bir internat məktəbinin ərazisində 215 uşağın cəsəd qalıntıları tapılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top