Myanmada qarşıdurmada ölən mülki vətəndaşların sayı minə yaxınlaşır


Myanmada hərbi çevriliş edən ordunun silahlı müdaxiləsi nəticəsində ölən mülki vətəndaşların sayı 880-ə yüksəlib.
Yeniavaz.com
 “AA”ya istinadla xəbər verir ki, bu barədə Myanma Siyasi Məhbuslara Yardım Təşkilatı açıqlama verib. Təşkilat bildirib ki, son 24 saatda daha 3 nəfər həyatını itirib. 5 min 104 nəfər həbs edilib, 1965  nəfər barədə isə həbs qərarı verilib.
BMT-nin verdiyi məlumata görə isə, baş verən qarşıdurmalarda 230 minə yaxın mülki şəxs yaşayış yerlərini məcburi tərk edib.
Qeyd edək ki, Myanmada fevralın 1-də ordu hakimiyyəti ələ keçirmişdi.




 

DİGƏR XƏBƏRLƏR

Top