
ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılma prosesi tamamlandıqdan sonra orada 650 hərbçi saxlayacaqlarını bildirib.
Yeniavaz.com ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada deyilir ki, onların Əfqanıstanda qalma məqsədləri buradakı diplomatik personalı qorumaqdır.
Qeyd edək ki, Əfqanıstanda olan 4000-dən çox ABŞ hərbçisinin ölkədən çıxarılması prosesi 11 sentyabra kimi tamamlanmalıdır.