Çingiz Hüseynzadədən olimpiyaçılarımıza Ronaldu xəbərdarlığı


"Bir çox məsələlər üzdən sadə görünür, amma qəliz məsələdir".

Bu fikirləri Milli Olimpiya Komitəsinin vitse-prezident Çingiz Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr edilmiş tədbirdə deyib.

O bildirib ki, atletlər kəndindən çıxan şəxs öz yerinə qayıtmayacaq və karantinə alınacaq: "O, yarışa yox, başqa yerə gedirsə, belə olacaq".

Hüseynzadə Portuqaliya millisinin futbolçusu Ronaldunun AVRO-2020-dəki hərəkətini də xatırladıb: "İdmançılara deyin, diqqətli olsunlar. Sponsorlarla bağlı məsələdə ehtiyatlı olmaq lazımdır". //Report

DİGƏR XƏBƏRLƏR

Top