
“Instagram” istifadəçiləri üçün yeni xüsusiyyət sınaqdan keçirilir.
Yeniavaz.com xarici “Bloomberg”ə istinadla xəbər verir ki, “Instagram” istifadəçiləri fərdi kompüterləri vasitəsilə profillərini açaraq daha rahat istifadə edə biləcək. Hazırda bu xüsusiyyət üzərində sınaqlar davam edir. Şirkət rəsmilərinin verdiyi açıqlamaya görə, bir çox insan “instagram”a kompüterlə daxil olur. Bu səbəblə sosial şəbəkə rəhbərliyi həmin prosesin yaxşılaşdırılması və rahat istifadə olunması üçün belə bir addım atır.